“Qırmızı”dan keçən yol polisi maşını “Volkswagen”lə toqquşdu – FOTO + VİDEO

Rusiyanın Mariy El bölgəsində yol polisi xidmətinin əməkdaşları qəzaya düşüblər. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 24-də səhər saatlarında Maşinostroitel və Krasnoarmeysk küçələrinin kəsişməsində qeydə alınıb.
Qəza ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, əks istiqamətdə yol polisi avtomobilinin sayrışan işıqlarını yandıraraq sürətlə hərəkət edərək işıqforun qırmızı işığından keçidiyi və bu zaman sağ yolda hərəkətdə olan “Volkswagen Tiguan”la toqquşduğu görülür. Zərbənin təsirindən idarəetmədən çıxan polis maşını dirəyə çırpılıb.
Bildirilir ki, qəza zamanı ciddi xəsarət alan olmayıb. Ancaq nəqliyyat vasitələrinə zərər dəyib.
Bölgənin Yol Polisi İdarəsinin mətbuat xidmətindən faktı təsdiqləyiblər və qeyd olunub ki, polis maşını sayrışan işıqlarını yandıraraq hərəkət edib.
Namiq Musayev

![]()
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










