“Qış parkı”nın yaxınlığında “yerüstü ölüm” - VİDEO
Avtosfer TV
17 Sentyabr 2020 12:50
“Qış parkı”nın yaxınlığında aparılan müşahidələr göstərdi ki, vətəndaşların bəziləri sanki həyatlarını təhlükəyə atmaq üçün tələsirlər. Günün aydın saatlarında yolu keçmək istəyən piyadaları görmək rahat olsa da, axşam saatlarında vəziyyət bir qədər dəyişir. Çünki qaranlıq saatlarda sürücülər anidən qarşılarına çıxan insanları görməkdə çətinlik çəkirlər.
Bu isə həm piyadaların həyatı üçün ciddi təhlükədir, həm də sürücülər üçün qəza şəraiti yaradır.
Piyadaların özləri üçün keçid hesab etdikləri hissədən təxminən, 4-5 metr aralıda yeraltı piyada keçidi var. Lakin sakinlər bəzən səhlənkarlıqdan, bəzən də yeraltı keçidlərdəki natamam şərait səbəbindən keçiddən istifadə etmirlər. Sakinlər bildirirlər ki, yeraltı piyada keçidlərindəki şərait də ürəkaçan deyil. Keçidlərin bəzilərindəki natəmizlik, eskalatorların tam işlək olmaması sakinlərin buradan uzaq düşməsinə gətirib çıxarır. Çünki keçiddən yalnız gənclər yox, eyni zamanda yaşlı, uşaq arabası ilə gələn valideynlər, uşaqlar da istifadə edirlər. Belə olduqda, onlar yeraltı piyada keçidindən yox, rahat hesab etdikləri “yerüstü keçiddən” istifadə edirlər.
Oxunub 1392
DİGƏR XƏBƏRLƏR
16 Fevral 2026 22:03
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
16 Fevral 2026 17:48
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
12 Fevral 2026 22:03
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
11 Fevral 2026 09:00
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
10 Fevral 2026 20:24
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
10 Fevral 2026 20:06
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
10 Fevral 2026 13:44
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
10 Fevral 2026 12:44
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
9 Fevral 2026 20:06
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
9 Fevral 2026 17:00
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
9 Fevral 2026 15:30
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
6 Fevral 2026 20:15
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
ŞƏRH YAZ










