Qobuda təhlükəli yol: uşaqları hər an maşın vura bilər - FOTO - VİDEO

"Abşeron rayonunun Qobu qəsəbəsində 3 nömrəli məktəbə gedən yolda ("Al market"in yaxınlığında) minik avtomobilləri və yük maşınlatı yüksək sürətlə hərəkət edirlər. Yolda piyada keçidi və işıqfor yoxdur. Bu vəziyyət insanların, xüsusilə də məktəbə gedən uşaqların həyatı üçün ciddi təhlükə yaradır".
Bu barədə Bakupost.az -a qəsəbə sakinləri bildirib.
Onların dediyinə görə, uşaqlar hər gün məktəbə gedərkən bu yolu keçməli olurlar:
"Avtomobillərin sürətli hərəkəti onların həyatını təhlükəyə atır. Artıq bir neçə dəfə qəza baş verib. Bu, ciddi narahatlıq doğurur. Yaxşı olardı ki, həmin yolda tramplin, işıqfor və radar kameraları quraşdırılsın".
Sakinlər qeyd ediblər ki, iyun ayında məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilsə də, hələ də heç bir tədbir görülməyib:
“Abşeron polisi bildirdi ki, məsələ görüləcək işlər planındadır, həmin yolda radar və işıqfor qurulacaq. Lakin 6 ay keçməsinə baxmayaraq, heç nə edilməyib. Yolun sağında piyada keçidi işarəsi qoyulsa da, yerdə keçidin işarəsi yoxdur. Sürücülər isə həmin lövhəyə məhəl qoymurlar. Avtomobillər 80-100 km/saat sürətlə hərəkət edirlər".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Elvin Hacıyev açıqlamasında bildirdi ki, sözügedən ərazidə vəziyyət araşdırılacaq və məlumat veriləcək .


Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











