Qobustanda dəhşətli qəzadan xilas olanlar danışdı: cəmi 10 saniyə bizi ölümdən ayırdı - VİDEO

Yanvarın 3-də Qobustan qəsəbəsi ərazisində “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşması ilə nəticələnən və dəhşətli yanğına səbəb olan qəzadan sağ xilas olmuş şəxslər Avtosfer.az-a danışıb.
"Opel" markalı avtomobilin sürücüsü Əliyev Əvsələtdin Tofiq oğlu və onun həyat yoldaşı Hacıyeva Firuzə İsmayıl qızı dəhşətli qəzadan necə xilas olduqları barədə ətraflı şəkildə danışıb. Bildiriblər ki, həmin gün rayona yas mərasimində iştirak etmək üçün gediblər. Qəza baş verən zaman onların olduğu avtomobil də yanmağa başlayıb. Özünü itirməyən sürücü cəld sərnişin tərəfdən qapını açaraq həyat yoldaşını və özünü xilas edib.
Onları ölümdən cəmi 10 saniyə ayırıb. Ətraflı videomateriallarda:
Elmin














