"Qoçuluq", yoxsa ənənə? - "Range Rover"in "hoqqası" - VİDEO

Məşhur filmdə deyildiyi kimi “xalqımın toy kimi gözəl bir adəti var”. Di gəl ki, toylarda yol kəsib bəydən pul almaq, qız evinin həyətindən nə isə aparmaq kimi pis ənənələr də var.
Bu gün rast gəldiyim hadisəni isə ənənə ilə izah edə bilmirəm. Lökbatan qəsəbəsində Bilal Niftəliyev küçəsindən qəsəbənin mərkəzinə hərəkət edən toy karvanının qarşısını Dəniz plaza şadlıq sarayının qarşısında əks yöndən gələn 77- PC - 147 nömrə nişanlı avtomobil kəsdi. "Range Rover" markalı gəlin maşının sürəti təxminən 30 km/saat olduğu üçün sürücü vaxtında tormozlayaraq qəzadan yayına bildi. Yol kəsən sürücünün bəydən nə qədər pul qopardığını bilmirəm, amma çox ciddi qəza şəraiti və qısamüddətli tıxac yarandı.
Bəzi müsəlman ölkələrində toy çəkilişləri aparan operatorlardan montaj olunmamış təsvirləri (televiziya jarqonunda sıroy) polisə vermək tələb olunur. Polis bu yolla gəlin karvanında baş verən qayda pozuntularını müəyyən edir.
Bəlkə də səmərəli metoddur, amma Şərqin ilk respublikasının bu səviyyəyə enməsini arzulamazdım.
Vüqar Yaşaroğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











