Qonşusunun yeni aldığı 151 minlik “Zeekr 001”ni yandırdı – Qadın xəstəxanaya yerləşdirildi - VİDEO

Avtomobilini özü təmir etmək istəyən şəxs 8 nəqliyyat vasitəsinin yanmasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, qonşulardan birinin köhnə “Ford” markalı avtomobilində nasazlıq yaranıb. O, avtomobili servisə götürmək əvəzinə özü təmir etmək qərarına gəlib. Lakin bir müddət sonra naməlum səbəblərdən maşında yanğın başlayıb. Yanğın genişlənərək ətrafda park edilmiş digər 7 avtomobilə də keçib və bir neçə dəfə partlayışda olub.
Səs-küyə çıxan və yenicə 7 milyon rubla (151.172 manat) “Zeekr 001” markalı avtomobillinin yandığını görən qadının halı pisləşib.
Ətrafdakı insanların xəbər verməsindən sonra hadisə yerinə təcili tibbi yardım və yanğından mühafizə xidmətinin əməkdaşları gəlib. Halı pisləşən avtomobil sahibi xəstəxanaya aparılıb. Yanan səkkiz nəqliyyat vasitəsi isə söndürülsə də demək olar ki hamısı yarasız vəziyyətə düşüb.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı – Beşinci dəfə içkili tutulan ... - VİDEO
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO










