Banner

Qorxu dolu anlar! Təyyarədən alovlar çıxdı - VİDEO

Avtosfer TV 21 Avqust 2020 09:26 Oxunub 3416
Qorxu dolu anlar!  Təyyarədən alovlar çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-da “JetBlue” hava yollarına məxsus təyyarə, ön şassisində yaranmış nasazlıq səbəbindən təcili qəza enişi edib. Avtosfer.az xəbər verir ki, hadisə Kaliforniya ştatında baş verib.

Qəzanın görüntüləri isə sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, ön şassisinin yanakı vəziyyətdə qaldığı sərnişin təyyarəsinin enişə keçdiyi və ön şassinin uçuş-eniş zolağına sürtülərək alovların çıxdığı görülür.

Qəzadan sonra şassinin diski və şinlərinin asfalta sürtülərək hansı hala düşdükləri də görüntülənib.

Bildirilir ki, insident zamanı xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh