Banner

Qoşa xəttin tələbini dəfələrlə pozan sürücü ağır qəzaya düşüb öldü - VİDEO

Avtosfer TV 19 Noyabr 2025 22:03 Oxunub 1248
Qoşa xəttin tələbini dəfələrlə pozan sürücü ağır qəzaya düşüb öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Eyni qaydanı bir-neçə dəfə pozan sürücü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Braziliyanın Nova Roma-du-Sul şəhərində baş verən hadisənin kadrları kameraya düşüb.

Məlumata görə, ERS-448 magistral yolunda 66 yaşlı sürücü idarə etdiyi “Volkswagen Beetle” markalı avtomobillə qoşa xəttin tələbini dəfələrlə pozaraq ötmə əməliyyatını yerinə yetirmək istəyib, lakin növbəti ötmə zamanı əks zolağa çıxaraq qarşıdan gələn yük maşını ilə toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan yaşlı sürücü çatdırıldığı xəstəxanada ölüb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh