Radar, kamera və polisdən qorxan sürücülərin diqqətinə - Qayda pozmayana cərimə yazılmır - VİDEO

Artıq uzun illərdir ki, sürücülərin yollarda qayda pozuntularının və nəticədə baş verən qəzaların qarşısını almaq məqsədilə dövlət qurumları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər arasında şəhər küçələrinə və magistral yollara radarların, eləcə də təhlükəsiz şəhər kameralarının quraşdırılması, sürücülərə öncədən xəbərdarlıq edən yol nişanlarının yerləşdirilməsi və digər addımlar yer alır. Lakin bütün bu tədbirlərə baxmayaraq, hələ də bəzi sürücülər qaydalara məhəl qoymur, sanki qanunsuz və nəzarətsiz bir mühitdə hərəkət edirmiş kimi davranırlar.
Avtosfer.az-ın araşdırmalarına görə, bir çox sürücülər xüsusilə bələd olduqları ərazilərdə hərəkət edərkən qaydaları kobud şəkildə pozurlar. Məsələn, radarın olduğu yerdə sürəti azaldıb, radarı keçdikdən sonra yenidən sürəti artıran sürücülərlə tez-tez rastlaşmaq mümkündür. Belə davranışlar isə yolun növbəti hissəsində həm digər sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biri olan radarların tətbiqi sürücüləri nizam-intizama riayət etməyə sövq etmək məqsədi daşıyır:

“Radarın tarixinə diqqət etsək, bu vasitələr əvvəllər adətən hava nəqliyyatında tətbiq edilirdi. Ancaq elə bir dövr gəlib ki, bu radarlar yol hərəkəti təhlükəsizliyi baxımdan da əhəmiyyətə balikdir. Bəzi insanlar fikirləşir ki, yol polisi ahrasa radar quraşdırır, cərimə yığır və s. Amma ağıllı insanlar fikirləşir ki, bu radar nəzarət üçündür. Ağıllı və qaydalara əməl edən insanlar radarlardan nə qorxur, nə də çəkinir. İntizamsız insan isə nə kamera, nə də radar, nə də polis istəyir. Hasnı ki, həmin insanlar kamera görəndə kəmər taxır, radar görəndə sürəti azaldır, polisi görəndə telefonu gizlədir və qaydalara əməl etməyə çalışır”.
Elməddin Muradlı onu da qeyd edib ki, bəzi sürücülərin radarlarla bağlı düşüncə tərzi dəyişməlidir:
"Bu gün bəzi vətəndaşlar radarların cərimə mənbəyi olduğunu düşünür. Bu şəxslər sadəcə məntiqlə düşünməlidirlər ki, əgər bir küçədə sürət həddi aşılmırsa, o küçədə radara nə gərək ola bilər? Yaxud bir küçədə manevr, ötmə qaydaları pozulmursa, avtomobillər qaydalara zidd formada parklanmırsa, o küçədə təhlükəsiz şəhər kamerası niyə quraşdırılsın? Qaydaları pozmadan avtomobil idarə edənlər üçün radarın, kameranın heç bir önəmi yoxdur. Qaydaları pozmayan insan bu cihazların sadəcə təhlükəsizlik vasitəsi olduğunu başa düşür".
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO
Bu ərazilərdə taksilər şəxsi avtomobillərin əlindən dayanacaq tapa bilmir - VİDEO








