“Raket” ləqəbli “07”ni nömrəsiz sürüb loqosunu dəyişən “avtoş” sürücü - VİDEO

Avtomobilinin loqosunu dəyişərək ön qeydiyyat nişanı olmadan idarə edən sürücünün görüntüləri sosial şəbəkədə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 90-ZY-647 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü videolarını çəkərək “TikTok” sosial platformasında paylaşır. Görüntülərdən aydın olduğu kimi, o, maşını nömrəsiz sürür. Qayda pozan sürücü, həmçinin avtomobilin loqosunu “Porsche”nin loqosuyla əvəz edib. Bununla yanaşı, nəqliyyat vasitəsinin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb. Həmçinin digər bir görüntüdə o, avtomobili gürcü nömrəsiylə idarə edib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Konvensiyaya görə, loqonun çıxarılması və ya digər markaya aid loqo ilə əvəz olunması qanunsuz hesab olunur. Bu əməl, markanın dəyişdirilməsi kimi qiymətləndirilir. Qanunvericiliyə görə, bu xətanı törətmiş sürücüləri 150 manat məbləğində cərimə gözləyir. Eyni zamanda dövlət qeydiyyat nişanları olmadan, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən 60 məbləğində cərimə nəzərdə tutulur.
Nərmin
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO
Yoldan çıxıb işıq dirəyinə çırpılan “BMW” iki yerə bölündü; ölən var – FOTO - VİDEO
“Priora” ilə yol polisindən qaçan vəsiqəsiz sürücü “Kamaz”la toqquşdu - FOTO - VİDEO










