"Range Rover" sürən xanım onu ötən maşını sıxışdırdı, üç maşın toqquşdu - ANBAAN VİDEO

Abşeron rayonu Saray qəsəbəsində baş vermiş zəncirvari qəza anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl Heydər Əliyev küçəsində qeydə alınıb. Videodan aydın olduğu kimi, “Chevrolet” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etməyə çalışıb. Lakin o, qarşı tərəfdən avtomobilin gəldiyini görərək maşını sağa sıxıb. Bu zaman “Chevrolet” öncə “Range Rover” markalı avtomobilə çırpılıb, daha sonra bir neçə dəfə fırlanaraq ən sağ zolaqdakı “Nissan” markalı maşınla toqquşub. Hadisədən sonra “Range Rover”in sürücüsü ayağını əyləcdən çəkdiyi üçün qəzalı maşınlar yenidən bir-birinə dəyib və zərbənin təsirindən qarşı tərəfə düşən “Chevrolet” yolu bağlayıb. Qəza zamanı hər üç nəqliyyat vasitəsi yararsız hala düşüb, yol kənarındakı işıq dirəyi qopub.
Kadrda “Range Rover” sürücüsünün də ötmə etmək istədiyi, lakin onun bu əməliyyatı icra etmədən hərəkət zolağının sol hissəsində yerləşdiyi əks olunub.
Xatırladaq ki, “Yol Hərəkəti Haqqında” qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl girmək istədiyi hərəkət zolağının ötmə üçün kifayət edəcək məsafədə boş olduğuna və bu manevr ilə qarşıdan gələn, bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacağına əmin olmalıdır.
Nərmin
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











