Avtosfer.az | Reklam
“Reno” anidən qarşısına çıxan “Chevrolet”ə çırpıldı; 1 ölü, 3 ağır yaralı - ANBAAN VİDEO
Avtosfer TV 30 İyul 2020 12:16 Oxunub 1538
“Reno” anidən qarşısına çıxan “Chevrolet”ə çırpıldı;  1 ölü, 3 ağır yaralı - ANBAAN VİDEO

Rusiyanın Yaroslav əyalətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzası təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə “Kostrom” şosesində qeydə alınıb.

Kadrlarda, yol kəsişməsində ağ rəngli “Chevrolet”in “yol ver” nişanının tələblərinə məhəl qoymayaraq hərəkətinə davam etdiyi və bu zaman sürətlə hərəkətdə olan qırmızı rəngli “Renault”un ona çırpıldığı görülür.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində “Chevrolet”in 1976-cı ilə təvəllüdlü qadın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun 6 yaşlı oğlu və “Renault”un iki sərnişini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh