“Reno” ilə toqquşan “Chevrolet” yandı; 3 nəfər öldü, 1-i isə ağır yaralandı - VİDEO
Avtosfer TV 22 İyul 2020 14:16 Oxunub 938
“Reno” ilə toqquşan “Chevrolet” yandı;  3 nəfər öldü, 1-i isə ağır yaralandı - VİDEO

Rusiyanın Novqorod əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Velikiy Novqorod - Pskov” avtomagistralının Lesnaya və Şimali Polyana qəsəbələri arasında qeydə alınıb.

Rusiya Baş Dövlət Yol Polisinin regional idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Renault Logan” və “Chevrolet Lacetti” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Chevrolet” alovlanıb. Qəza nəticəsində 1-i qadın olmaqla, 3 nəfər yanaraq hadisə yerində vəfat edib, daha 1-i isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh