Banner

Reyd zamanı qanlı olay - Polisi maşınla vurub atəş açan sürücü öldürüldü - VİDEO

Avtosfer TV 23 Aprel 2025 22:03 Oxunub 990
Reyd zamanı qanlı olay -  Polisi maşınla vurub atəş açan sürücü öldürüldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dağıstan Respublikasında polisdən qaçmaq istəyən avtomobilin sürücüsü qəsdən hüquq-mühafizə orqanı əməkdaşını vuraraq atəş açıb. Avtosfer.az xəbər verir ki, insident Dərbənd şəhərində olub. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə aprelin 22-də axşam saatlarında polis və Rusiya Milli Qvardiyasının əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirərkən baş verib. Sürücü “Saxla” əmrinə məhəl qoymayaraq avtomobili polis əməkdaşının üzərinə sürərək onu vurub və bir neçə dəfə atəş açıb. Buna cavab olaraq polis əməkdaşları xidməti silahlarından istifadə edərək hücum edən şəxsi zərərsizləşdirilib.
Məlumatda həmçinin qeyd olunub ki, xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur. 
Bundan başqa, öldürülən sürücünün avtomobilindən tapança tapılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh