Reys avtobusu yandı; 20 nəfər təxliyə edildi - VİDEO
Avtosfer TV 11 Avqust 2020 20:00 Oxunub 4852
Reys avtobusu yandı;  20 nəfər təxliyə edildi - VİDEO

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu yanıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə avqustun 11-də yerli saatla 17:30-da “Şimal Marmara” avtomagistralının Çekmeköy rayonundan keçən hissəsində baş verib.   

Məlumata görə, Diyarbakır-İstanbul reysini həyata keçirən sərnişin avtobusu, hərəkətdə olarkən mühərrik hissəsindən yanmağa başlayıb. Alovları fərq edən sürücü, dərhal avtobusu yolun kənarına çəkərək 20 sərnişini təxliyə edib. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə yanğınsöndürmə bölmələri gəlib. Yanğın yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Lakin buna baxmayaraq avtobus tamamilə  yanaraq yarasız vəziyyətə düşüb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh