Rus əsgərlərin kabusuna çevrilmiş Ukrayna motosikleti - FOTO - VİDEO

Artıq müharibə başlayandan ukraynalı traktorçuların Rusiya texnikasını necə ələ keçirdiyini bütün dünya bilir. Sosial şəbəkənin Azərbaycan seqmentində bu barədə çox danışıldığı üçün məsələyə toxunmayacam. Verəcəyim bu məlumat fransızdilli mediadan götürülüb.
Avtosfer.az-ın xəbərinə görə, ukraynalı snayperlərin istifadə etdiyi motosikl jurnalistlərin diqqətini cəlb edib. Bu texnikadan istifadə edən snayper cütlükləri düşməni məhv etdikdən sonra hadisə yerini səssizcə tərk edir. Bəs motoskl səs etmirmi? Adi motosiklin səsi avtomobildən çox olduğu üçün o, döyüşçünü ələ verə bilər.
Amma Ukraynanın “Eleek” şirkətinin hazırladığı motosikl eletriklə işlədiyi üçün tam əsssizdir. Müharibə başlayandan sonra Müdafiə Nazirliyi şirkətə çox sayda “Atom” modeli motosikl sifariş edib. Texnika məhz snayperlərin hərəkəti üçün nəzərdə tutulub.
Texniki parametrlərə gəlincə:
Sürət: 90 km/saat
Kütlə: 70 kq
1 doldurulma ilə qət edilən yol: 150 km
Yükgötürmə qabiliyyəti: 150 kq.
Nəqliyyat özünü döyüşdə doğruldub. İstehsalçı zavoda gəlincə, “Tesla” şirkəti döyüşə yollanan əməkdaşların maaşlarının ailələrinə ödənməsini üzərinə götürüb.
Bəlkə də bu, elektrik mühərrikli texnikanın döyüş şəraitində sınaqdan keçirilməsidir.
Vüqar Yaşaroğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO















