Rusiyanın məşhur baykeri həlak oldu – FOTO + VİDEO

Rusiyanın “erotik baykeri”, “Instagram”dakı profilində paylaşdığı fotoşəkillərlə məşhurlaşan Olqa Pronina həlak olub. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Rusiyanın Vladivostok şəhərinin sakini olan 40 yaşlı O.Pronina sosial şəbəkələrdə Monika adı ilə tanınırdı. 21 illik baykerlik təcrübəsi olan Olqa 16 yaşlı qız anası olmasına rəğmən, “BMW S1000 RR” markalı motosikletini yollarda çox böyük sürətlə idarə etməyi sevirdi. Olqanın motosikletinin mühərriki 199 at gücündə idi və 300 km/saatlıq maksimal sürətə malik idi. Bundan başqa, o, əksər vaxtlarda motosikleti şlemsiz, dikdaban ayaqqabıda idarə edirdi. O, yollardakı tryuklarının videolarını “Instagram”dakı profilində paylaşmağı da sevirdi. Vladivostok şəhərinin həndəvərindəki yollardan birində yüksək sürətlə növbəti tryuklarından birini icra edərkən o, qəzaya düşüb və həlak olub. Polisdən verilən məlumata görə, o, motosikletdə olarkən yenə selfi çəkmək istəyib və bu zaman döngədə “BMW”-nin öhdəsindən gələ bilməyib. Motosiklet yol kənarındakı sipərə çırpılıb, O.Pronina hadisə yerindəcə keçinib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












