Sabunçuda qaydalara əməl etməyən sürücü və piyadalar cərimələndi – Reyddən VİDEO

Sabunçuda qaydalara əməl etməyən sürücü və piyadalar cərimələndi – Reyddən VİDEO
Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücü və piyadalar arasında təbliğat işlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, bu gün rayon ərazisində keçirilən təbliğat xarakterli reyd zamanı çoxlu qayda pozuntuları aşkar edilib. İlk növbədə qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan sürücülər aşkarlanıb və onların barəsində tədbirlər görülüb. Daha sonra xeyli saytda sürücü maşını avtobus dayanacağında park etdiyi üçün cərimə edilib. Sakinlər və avtobus sürücüləri bildirib ki, maşınların dayanacaqda və yaxınlıqda dayanması avtobusların ikinci cərgədə dayanmasına səbəb olur ki, bu da sərnişinlər üçün təhlükədir.
Yol polisinin keçidriyi reyd zamanı avtomobili səkilərdə, piyada keçidlərinin üzərində, qadağan olunmuş digər yerlərdə saxlayan onlarla sürücü də aşkar olunub və hər biri cərimələnib.
Reyd zamanı keçidlərdən istifadə etməyən, hətta keçidin yaxınlığında qayda pozan piyadalara da rast gəlinib. Yol polisləri onlarla maarifləndirici söhbətlər aparıb, 17 piyada isə cərimə edilib.
Bu cür tədbirlər rayon ərazisində davam ediriləcək.
Elməddin Muradlı
Orxan Əli
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO



















