Banner

Sağ zolaqdan birbaşa sola manevr edən sürücü “BMW”ni vurdu - VİDEO

Avtosfer TV 17 Dekabr 2025 17:30 Oxunub 652
Sağ zolaqdan birbaşa sola manevr edən sürücü “BMW”ni vurdu    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində kobud qayda pozuntusu qəzaya səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, əks istiqamətli yola çıxmaq istəyən “BYD” markalı avtomobilin sürücüsü sağ zolaqdan birbaşa sola manevr edib.

Bu zaman həmin zolaqda hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü toqquşmanın qarşısını almaq üçün kəskin şəkildə sola — əks yola çıxmağa məcbur qalıb. Nəticədə “BYD” sürücüsünün məsuliyyətsiz manevri təkcə bir avtomobil üçün deyil, qarşıdan gələn nəqliyyat vasitələri üçün də ciddi qəza təhlükəsi yaradıb.

Xoşbəxtlikdən ağır yol-nəqliyyat hadisəsi baş verməsə də, hər iki avtomobilə maddi ziyan dəyib. Daha sonra görüntünü qeydə alan sürücü qayda pozan həmkarına iradını bildirib. Lakin “BYD” sürücüsü törətdiyi xətanı etiraf etmək əvəzinə qarşı tərəfi təqsirləndirib.

Qeyd edək ki, yol hərəkəti qaydalarına görə sürücü zolaq dəyişməzdən əvvəl yan və arxa güzgülərə baxmalı, həmin zolaqda yaxınlaşan avtomobilin olub-olmadığını dəqiqləşdirməlidir. Sağ zolaqdan birbaşa sola edilən manevr zamanı güzgülərə baxılmaması və yolun vəziyyətinin qiymətləndirilməməsi ciddi təhlükə yaradır. Belə hallarda digər sürücülər qəfil reaksiya verməyə məcbur qalır ki, bu da qəza riskini xeyli artırır.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh