Sakinlər Heydər Əliyev prospektinə birləşən yola şlaqbaum qoyub bağladı - VİDEO

Bakının Nərimanov rayonunda yerləşən yaşayış binasının qarşısında sakinlərlə digər vətəndaşlar arasında narazılıq yaranıb.
Avtosfer.az xəbər veriri ki, hadisə Faiq Yusifov küçəsində qeydə alınıb. Bildirilir ki, bina sakinləri bir müddət əvvəl ərazidə avtomobillər üçün nəzərdə tutulan dayanacaq yerlərini zəncirlərlə bağlayaraq “özəlləşdiriblər”. Lakin polis əməkdaşları hadisə yerinə gələrək həmin zəncirləri söküblər. Buna baxmayaraq, yaxın günlərdə eyni ərazidə yenidən yeni bir hal yaşanıb. Tanınmış radio aparıcısı Tural Yusifov (DJ Tural) sosial şəbəkədə paylaşdığı videoda binanın qarşısına şlaqbaum quraşdırıldığını bildirib. Onun sözlərinə görə, Faiq Yusifov küçəsi – Yusif Vəzir Çəmənzəminli küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yol – ümumi istifadə üçün nəzərdə tutulan ərazi olsa da, sakinlər tərəfindən qapadılıb:
“Bina sakinləri küçənin girişinə şlaqbaum qoyaraq yolu bağlayıblar. Halbuki bu, ümumi istifadədə olan yoldur, heç bir özəl mülkiyyət və ya idarəetmə sahəsi deyil,” – deyə Tural Yusifov qeyd edib.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar bina sakinlərini dəstəkləyərək bildiriblər ki, həmin küçədən hər gün çoxsaylı avtomobillər keçir, bu da səs-küy və parklanma problemi yaradır. Onların fikrincə, sakinlər gecə saatlarında belə rahatlıq tapa bilmirlər və evlərinin qarşısında dayanacaq yeri çatışmazlığı yaranıb.
Digər tərəfdən isə, bir çox vətəndaş bu addımı qanunsuz hesab edərək, küçənin bağlanmasının ümumi yolun kəsilməsi mənasına gəldiyini vurğulayıblar.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Lakin vətəndaşlar həm sakinlərin, həm də sürücülərin razı qala biləcəyi ortaq həll yolunun tapılmasının vacibliyini bildirirlər.
Fidan
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










