Şəhərdə qəzalı vəziyyətdə idarə olunan maşın barədə AÇIQLAMA - VİDEO

Xəbər verdiyimiz kimi dünən Sumqayıtda nasaz vəziyyətdə yola çıxan məişət tullantılarının daşınması üçün istifadə edilən maşın digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.
Eyni zamanda yük maşının üzərində dövlət nömrə nişanının olmaması da diqqətdən yayınmayıb.
Sözügedən məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov sözügedən videogörüntülərin həmin maşının təmirə getdiyi zaman çəkildiyini qeyd edib:
“Departamentə məxsus zibildaşıyan maşının göründüyü halda olmasına səbəb iş saatlarında baş verən qəza olub. Belə ki, həddən artıq yükləndiyi üçün maşının hava yastıqlarında (pnevmatik asqı sistemində) problem yaranıb. Bu zaman arxa tərəfə hava getmir və bu texniki nasazlıq yaradır. Həmin an maşın təmirə gedirdi. Sürücülərdən kimsə çəkib, sosial şəbəkədə paylaşıb. Hazırda da həmin avtomobil təmir edilib və xidmətdədir. Maşının dövlət nömrə nişanı isə üzərində olub. Sadəcə ola bilər ki, üzəri təmizlənmədiyindən videoda görünmür”.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











