Şəhərin mərkəzində biabırçı nişanlanma xətti: Necə sürürsən sür, qəza qaçılmazdır - VİDEO

Avtosfer TV 5 Fevral 2024 15:07 Oxunub 4496
Şəhərin mərkəzində  biabırçı nişanlanma xətti: Necə sürürsən sür, qəza qaçılmazdır   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülərin rahat şəkildə hərəkəti  və qəzaların baş verməməsi üçün küçələrdə müxtəlif yol işarələri və nişanlanma xətləri mövcuddur. Lakin bəzən bu nizamlayıcı vasitələr düzgün formada təşkil olunmur. Nəticədə sürücülər arasında çaşqınlıq yaranır ki, bu da onların istəmədən qayda pozmalarına və qəzaların baş verməsinə səbəb olur. 
Bakının Səməd Vurğun küçəsində də belə xoşagəlməz hal mövcuddur. Şikayətçi tərəfindən Avtosfer.az-a göndərilən videodan aydın görünür ki, hərəkətin təşkili düzgün qurulmayıb. Belə ki, orta və sağ zolaqdakı xətlər sürücülərin həm düzünə, həm də sağa hərəkət edə biləcəklərini göstərir. Lakin orta zolaqdakı sürücü sağa, sağdakı isə düzünə hərəkət etdiyi zaman qəza qaçılmaz olacaq. Avtomobil idarəçiləri nə qədər ehtiyatlı davransa da ən azından qayda pozuntusu və təhlükə baş verir. Narazılığını bildirən sürücü fevralın 4-ü axşam saatlarında ərazidən keçərkən qəza riski yaşadığını bildirib. Şikayətçinin iddiasına görə, o, sağ zolaqdan düzünə hərəkət edərkən orta zolaqdakı “Mercedes” markalı avtomobilin sürücüsü sağa dönməyə çalışıb və qəza təhlükəsi yaranıb. Sürücülər arasında öncə mübahisə baş versə də, təhlükənin hərəkət iştirakçılarından qaynaqlanmadığı müəyyənləşib. Qəza riskinə səbəb olan görüntüdəki nişanlanma xətlərinin şəhərin mərkəzində və avtomobillərin sıx hərəkət etdiyi küçədə mövcudluğunu nəzərə alsaq vəziyyətin necə təhlükə saçdığını anlamaq olar. Bu halda belə bir sual ortaya çıxır. Biabırçı yol nişanlanma xətlərinə görə sürücünün də dediyi kimi, qəza baş verərsə məsuliyyət kimin üzərinə düşəcək? 

Qeyd edək ki, Füzuli küçəsində də analoji vəziyyət hökm sürür. Növbəti videoda sürücülərin necə qəzaya düşə biləcəyi aydın olur. 


Ümid edirik ki, qəza baş vermədən və  sürücülərin haqlı narazalığı artmadan mövcud problem tez zamanda aradan qaldırılacaq.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh