Sərnişin avtobusu dirəyə vurub aşırdı; 15 nəfər yaralandı  - VİDEO
Avtosfer TV 29 İyun 2020 14:56 Oxunub 656
Sərnişin avtobusu dirəyə vurub aşırdı;  15 nəfər yaralandı  - VİDEO
Polis sürücü barəsində araşdırmalara başlayıb

Rusiyanın Kamçatka diyarında sərnişinin avtobusunun iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, qəza iyunun 28-də Petropavlovsk-Kamçatskom şəhərində qeydə alınıb.

Kadrlarda, sürətlə idarə olunan şəhərdaxili sərnişin avtobusu, 54 yaşlı sürücünün idarəetməsindən çıxaraq elektrik dirəyinə çırpıldığı və zərbənin təsirindən dirək qırılaraq avtobusun üzərinə aşdığı görülür. 

Bildirilir ki, hadisə zamanı avtobusda 20 sərnişin olub. Qəza 15 nəfər yüngül xəsarətlər alıb, onlardan vəziyyəti ağır olan 75 yaşlı qadın xəstəxanaya çatdırılıb.

Polis sürücü barəsində araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh