Sərnişin avtobusu yolu keçən qadını vurub öldürdü - VİDEO
Avtosfer TV 7 Sentyabr 2020 21:06 Oxunub 3698
Sərnişin avtobusu yolu keçən qadını vurub öldürdü - VİDEO

Rusiyanın Omsk şəhərində sərnişin avtobusunun qadın piyadanı vurma görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də səhər saatlarında Zaozernaya və Mendelev küçələrinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, qadının yolu piyada üçün işıqforun qadağanedici işığından qaçaraq keçməyə çalışdığı və bu zaman “PAZ” markalı avtobusun sürətlə hərəkət edərək onu vurduğu görülür.

Yerli medianın bildirdiyinə görə, qəza nəticəsində qadın aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda polis onun şəxsiyyətini müəyyənləşdirir.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh