Avtosfer.az | Reklam
Sərnişin təyyarəsi hava limanında qəzaya düşdü - VİDEO
Avtosfer TV 6 İyul 2020 21:12 Oxunub 1874
Sərnişin təyyarəsi hava limanında qəzaya düşdü - VİDEO

Hollandiyada “TUI” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin aeroport ərazisində qəzaya uğrama görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Shiphol” hava limanında baş verib.

Məlumata görə, təyyarə terminal yaxınlığında Kuraçaoya uçmağa hazırlaşan sərnişinləri göyərtəyə mindirmək üçün hərəkət edən zaman zərər görüb.

Kadrlarda, hava gəmisinin yedəklə çəkildiyi və bu anda teleskopik trapa dəydiyi görülür. 

Bildirilir ki, qəza nəticəsində “Boeing”in sol mühərriki zədələnib.

Hadisədən sonra, sərnişinlər 1 saat gecikmə ilə ehtiyat təyyarə ilə uçacaqları ünvana yola salınıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh