Sərnişinlər qapıdan sallanıb gedir - Bakıda təhlükəli anlar - VİDEO

Bakıda sərnişin avtobusunda sərnişinlər öz həyatlarını təhlükəyə atıblar. Avtosfer.az xəbər verir ki, görüntülər "20 Yanvar" metrosunun yanından Abşeronun Pirəkəşkül qəsəbəsinə gedən 114 nömrəli marşrutda çəkilib. Avtobusdan istifadə edən sərnişinlər deyir ki, belə hallar axşam saatlarında, sıxlıq müşahidə olunan zaman baş verir.
Məsələ ilə bağlı marşrut xəttinin sahibkarı bildirib ki, həmin vaxt avtobusa minmək üçün çoxlu sayda insan axın etdiyinə görə, avtobusun qapısında nasazlıq yaranıb və o bağlanmayıb: “Bundan istifadə edən bir qrup sərnişin isə sürücünün tələbinə baxmayaraq avtobusdan sallanıb getməkdə davam ediblər. Ancaq sərnişinlər daşındıqdan sonra həmin avtobus təmirə göndərilib və onun qapısındakı nasazlıq aradan qaldırılıb”, - deyə sahibkar bildirib.
Marşrut xəttinin sahibi belə hadisələrlə qarşılaşan zaman vətəndaşları avtobusun içərisində qoyulan mobil nömrəyə zəng etməyi və öz şikayət və təkliflərini bildirməyi tövsiyyə edib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












