
Sərxoş halda maşın sürməyin sonu - VİDEO
Avtosfer TV
24 İyun 2020 21:06
Oxunub 1670

Qəza nəticəsində ciddi xəsarət alan olmayıb
Sosial şəbəkədə, sərxoş sürücünün avtomobillə qəza törətmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 24-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvada baş verib.
Kadrlarda, yolun sağında göy rəngli avtomobilin sürətlə hərəkətdə olduğu və bir anda sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpıldığı görülür. Zərbənin şiddətindən çevrilən avtomobil, park edilmiş başqa bir maşına da zərər vurur.
Hadisə şahidinin bildirdiyinə görə, qəza törədən sürücü sükan arxasında sərxoş olub.
Qəza nəticəsində ciddi xəsarət alan olmayıb.
Namiq Musayev
ŞƏRH YAZ