Sərxoş sürücü 14 yaşlı piyadanı vurub öldürdü: hadisə yerindən qaçdı - VİDEO

Avtosfer TV 23 İyun 2024 10:50 Oxunub 552
Sərxoş sürücü 14 yaşlı piyadanı vurub öldürdü:  hadisə yerindən qaçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs piyadanı vuraraq öldürüb. Avtosfer.az xəbər verir ki, hadisə Kirov əyalətində baş verib. Bu barədə yerli prokurorluqdan bildirilib.

Məlumata görə, sərxoş vəziyyətdə olan sürücü idarə etdiyi “Audi А6” markalı minik avtomobillə hərəkətdə olarkən piyada keçidindən keçən 14 yaşlı gənci vurub və sonra hadisə yerindən yayınıb. Cinayətkar, 54 yaşlı yerli sakin bir neçə saat sonra polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh