Sərxoş tutulub cərimə edilən sürücü yol polisi rəisinin maşınını yandırdı - VİDEO

Yol polisi rəisinin avtomobilini yandıran şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində baş verən hadisənin görüntüləri ərazidəki təhlükəsizlik kamerasına düşüb.
Belə ki, Bodaybo şəhərində bir şəxs binanın həyətində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi rəisinin şəxsi avtomobilinin üzərinə yanar maye tökərək yandırıb.
Ətrafdakı insanlar vaxtında yanğına müdaxilə edərək qarşısını alıblar.
Hadisə yerinə gələn polis əməkdaşları ərazidəki kameralara baxış keçirdikdən sonra hadisənin törədən şəxsi saxlayıblar. Onun 38 yaşlı İrkutsk sakini olduğu məlum olub və ona qarşı əmlakın qəsdən zədələnməsi və ya məhv edilməsi maddəsi ilə cinayət işi açılıb.
İlkin məlumata görə, yanğının törədilməsinə səbəb şəxsin kin saxlaması olub. Bundan əvvəl yol polisi əməkdaşı sərxoş halda avtomobil idarə etdiyinə görə həmin şəxsə qarşı inzibati protokol tərtib edib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Skuterlə təhlükə yaradan azyaşlının valideynləri bölməyə çağırıldı - VİDEO
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










