Setkaları kəsib mal-qaranı magistral yola buraxanları ağır cəza gözləyir - DİQQƏT! - VİDEO

Ələt-Astara magistral yolunda təhlükəli vəziyyət hökm sürür.
Avtosfer.az xəbər verir ki, yolun kənarına maneələrin, əsasən də heyvanların daxil olmasının qarşısının alınması məqsədilə dəmir çəpərlər çəkilib. Lakin bəzən edilən müdaxilələr nəticəsində heyvanlar yola çıxır. Bu da qəza şəraiti yaradır.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin yol inşa edilən, istismara verilən zaman yol kənarına çəpərlər quraşdırılıb: “Çünki həmin yol sürətli, magistral yoldur. Yəni, yola heyvanların çıxması olduqca təhlükəlidir. Əfsuslar olsun ki, bəzi vətəndaşlar çəpərləri kəsib, heyvanları, mal-qaranı yol kənarına buraxırlar. Bu da nəticədə bədbəxt hadisə ilə sonlanır. Əməkdaşlarımız mütəmadi olaraq əraziyə baxış keçirsələr də, bu kimi hallar təkrarlanır. Yol inşa olunanda xüsusi keçidlər qoyulur. Bu da yolun bir tərəfindən digər tərəfinə həm insanların, həm də heyvanların təhlükəsiz şəkildə keçməsini təmin edir. Burada problem insanların çəpərləri sökməsidir”.
Mövzü ilə bağlı danışan Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda ilk dəfə olaraq Bakı-Quba - Rusiya sərhədi ödənişli yolu və Ələt-Astara magistral yolu torlarla hasarlanıb, yəni çəpər çəkilib. Bu çəpərlərin çəkilməsinin əsas mahiyyəti beynəlxalq təcrübədə mövcud olan magistral və ödənişli yolların mühafizəsinin həyata keçirilməsidir. Çəpərlər ora hər hansı bir maneə, insanlar, heyvanlar və s. yola çıxmaması, hər hansı bir qəzanın baş verməməsi üçün çəkilib. Ödənişli yolun üstünlüyü də budur ki, vətəndaş artıq heç bir problem olmayacağına rahat olur. Bəzi vətəndaşlar isə bu dəmir torları kəsib, mal qaralarını magistral yola yaxın ərazilərə buraxırlar. Yəni, yola şəxsi tövlə kimi yanaşırlar. Onlar başa düşməlidirlər ki, bu dövlət əmlakıdır və dövlət əmlakına ziyan vurduqlarına görə onları məsuliyyət gözləyir. Bu hərəkət nəticəsində mal qara yola çıxarsa, yol nəqliyyat hadisəsi baş verərsə, kimsə xəsarət alarsa və yaxud da ölərsə, həmin mal-qara sahibi cinayət məsuliyyətinə cəlb olunacaq. İnsanların həyatını təhlükəyə atmaq çox məsuliyyətsiz bir davranışdır. Həm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, həm Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları magistral yolların keçdiyi ərazilərdəki yaşayış məskənlərində məskunlaşan yaşayan insanlarla maarifləndirici söhbətlər aparmalıdırlar”.
Ekspert təklif edir ki, mal qaranı ora buraxan insanları aşkarlamaq üçün həmin heyvanları tutub saxlamaq lazımdır: “Çünki heyvaların sahibi axşam gələcək və barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görüləcək. Mal-qaranı nəzarətsiz buraxmağa görə 40 manat cərimə, eyni zamanda dəmir torları kəsməyə görə də dövlət əmlakına ziyan vurduğu üçün cərimə və əmlakı da bərpa etmək ilə cəzalandırılan vətəndaş bundan sonra “dəmir torlara yaxın durmaq olmaz” anlayışını başa düşəcək. Beləliklə, ərazidə xəbər yayılacaq ki, bu işə görə cərimə var. Mən əminəm ki, insanların çoxu bunu başa düşmür və yaxud da bilir, amma qəsdən edir. Ona görə yola nəzarət edən qurumlar bu yolları qorumağı da bacarmalıdırlar”.
Məhəbbət Tərlanoğlu
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO
Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO
Keçiddə 84 yaşlı kişini vurub öldürən sürücü həbs edildi - ANBAAN VİDEO
Binəqədidə əks yola çıxan sürücü keçiddən keçən piyadaları vurdu - REAL VİDEO
Sərxoş sürücü maşını yol polisinə verməmək üçün yandırdı - VİDEO
Bakıda Seneqal nömrəsi ilə taksi xidməti - "Yango"dan AÇIQLAMA - FOTO
Bir dəqiqədə üç dəfə qəza təhlükəsi yaradan sürücü - 77-RN-664 - VİDEO
“Bolt”un sürücüsü müəllimlərlə bağlı layihəsi ilə qalib oldu, 10 min manat qazandı - VİDEO











