Sifariş etdiyi taksidən qovuldu - VİDEO
Avtosfer TV 4 Mart 2023 22:08 Oxunub 1032
Sifariş etdiyi taksidən qovuldu   - VİDEO

Bakı sakini Nəcibə Muradlı sifariş etdiyi taksidən qovulub.

Bu barədə “Xəzər Xəbər”ə onun özü məlumat verib.

Xezerxeber.az-ın məlumatına görə, üzünün efirdə görünməyini istəməyən xanım iddia edir ki, ünvana gələn  sürücü  onu  taksi  çağırmağına peşman edib. Buna səbəb ödənişin kartla edilməsi olub. 

Nəcibə Muradlı takis şirkətinin müştəri xidmətlərinə yazaraq, olanlar barədə məlumat verib və  kartından çıxarılan  pulu geri istəyib. Xanımın  bu addımı tərəfləri yenidən bir araya gətirib.

Taksi sürücüsü ilə biz də əlaqə saxladıq. O, həmin an əsəbi olduğunu, əməlindən  peşmanlıq hissi keçirdiyini bildirib.

Qeyd edək ki, paytaxt sakinlərilə sorğu zamanı məlum oldu ki, bu kimi hallarla  sərnişinlər tez -tez üzləşirlər.

Ekspertlər isə hesab edirlər  ki, bu narazılıqların yaşanmaması üçün taksilərlə bağlı vahid qaydalar müəyyənləşdirilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh