Siqnaldan qorxub toqquşmadan qaçmaq istəyən "07" sürücüsü qəza törətdi - VİDEO
Avtosfer TV 20 İyul 2021 17:37 Oxunub 10900
Siqnaldan qorxub  toqquşmadan qaçmaq istəyən "07" sürücüsü qəza törətdi   - VİDEO

Bakının rayon yollarınının birində traji-komik qəza hadisəsi baş verib. Qəfildən yola çıxan sürücü qəzadan qaçmağa çalışarkən özünü qəzaya salıb. Avtosfer.az bildirir ki, ikinci dərəcəli yoldan baş yola çıxan "VAZ 2107" markalı avtomobilin sürücüsü hərəkətdə olan digər sürücü üçün qəza şəraiti yaradıb. Baş yolda hərəkətdə olan sürücü toqquşmanın qaşısını almaq üçün siqnal verib. Elə bu zaman özünü çaşdıran "07"- nin sürücüsü idarəetməni itirərək onu soldan keçməyə çalışan sürücünün yoluna çıxıb və qəzaya səbəb olub. Zərərçəkənin sözünə görə "VAZ 2107"nin sürücüsü hadisədə onu gunahkar hesab edib.

 

Aysel


ŞƏRH YAZ
Ad

E-mail

Şərh