Şirkət maşınına arxadan çırpılan “BMW”nin sürücüsü və sərnişini qəzadan sağ çıxdılar - VİDEO

Ağır yol qəzasına düşən sürücü və sərnişini avtomobildən sağ çıxıblar. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 16-da səhər saatlarında Türkiyənin İzmir şəhərində baş verib.
Məlumata görə, hərəkətdə olan “BMW” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq qarşıda hərəkətdə olan şirkət maşınına arxadan çırpılıb. Zərbənin təsirindən minik avtomobilin ön hissəsi deformasiyaya uğrayıb.
Yararsız hala düşən “BMW”nin sərnişin oturacağında olan bir nəfər avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb. Qəzanın şokundan çıxan sürücü yolda qalan digər sürücülərin köməkliyi ilə sıxılmış vəziyyətdə olan dostunu avtomobildən çıxarıb.
Ətrafdakı vətəndaşların xəbər verməsi ilə hadisə yerinə polis və Təcili Tibb Yardım briqadasının əməkdaşları gəlib.
Hadisə nəticəsində yüngül xəsarətlər alan sürücü və sərnişin ilkin tibbi yadımdan sonra xəstəxanaya aparılıblar.
Namiq Musayev
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










