Skuterlə necə gəldi yola çıxan gənc az qala asfalta yıxılacaqdı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində təhlükəli anlar qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 6-da günorta saatlarında baş verib. Belə ki, skuter idarə edən gənc qəfil avtomobillərin intensiv hərəkətdə olduğu yolun hərəkət hissəsinə çıxıb. Görüntülərdən məlum olur ki, o, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə məhəl qoymadan hərəkətini davam etdirərək həm öz həyatını, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atıb.
Bir neçə saniyə sonra skuterin sürücüsü ayağı büdrədiyi üçün idarəetməni itirir və asfalta yıxılmaqdan son anda xilas olur. Müvazinətini bərpa edən gənc geriyə dönərək yolun kənarına çəkilib.
Xoşbəxtlikdən hadisə nəticəsində yol-nəqliyyat qəzası baş verməyib.
Bir daha xatırladaq ki, skuter və digər fərdi hərəkət vasitələrinin sürücüləri yolun hərəkət hissəsinə çıxarkən təhlükəsizlik qaydalarına ciddi əməl etməli, nəqliyyat vasitələrinə maneə yaratmamalı və öz həyatlarını riskə atmamalıdırlar.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












