“Şou” göstərən sürücü “Ferrari”ni dirəyə çırpdı - VİDEO
Avtosfer TV
15 İyun 2020 08:55
Oxunub 2238

Faktla bağlı araşdırma aparılır
Rusiyanın Moskva şəhərində “şou” göstərən sürücü “Ferrari”ni dirəyə çırpıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, hadisə iyunun 15-də gecə saatlarında “Moskva-siti”də qeydə alınıb.
Məlumata görə, qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobilə ciddi ziyan dəyib.
Hadisə şahidinin bildirdiyinə görə, qəza sürücünün yolda dirift etməsindən sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
ŞƏRH YAZ













