Banner

Soyuqda qəzaların artma səbəbləri: Sürücülər nəyi düz etmir? - VİDEO

Avtosfer TV 23 Dekabr 2024 18:00 Oxunub 204
Soyuqda qəzaların artma səbəbləri: Sürücülər nəyi düz etmir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda son illərdə qış mövsümü sərt keçməsə də bölgələrlə bağlı eyni fikirləri demək mümkün deyil. Regionlara yağan aramsız qar bir çox hallarda yolların buz bağlamasına səbəb olur. Bu da bəzi vaxtlarda qəzalara səbəb olur. Təkcə buzlu havalar deyil, avtomobilin funksiyalarına bələd olmayan, təhlükəsizlik məqsədilə tədbirlər görməyən sürücülər də tez-tez qəzalar törədir.

Avtosfer.az xəbər verir ki, il ərzində nəqliyyat vasitəsinin hissələrində konstruksiya dəyişikliyi etmək səbəbilə yüzlərlə qəza baş verir və hər birinin nəticəsi kifayət qədər ağır olur. Bununla yanaşı müşahidələr göstərir ki, ölkə ərazisində qış aylarında qəzaların sayı artır.

Saytımızın sosial şəbəkə hesablarında məsələni şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bölgələrə və Bakıya yağan qar zamanı sürücülərin tez-tez ciddi səhvlərə yol verdiyinin şahidi oluruq:

“Yəqin ki, izləmisiniz, qara rəngli “Mitsubishi Pajero” markalı avtomobil “Toyota Prado” markalı avtomobil yoxuşda ilişib qalan başqa bir nəqliyyat vasitəsinə kömək etməyə çalışır. Gücü çatmır və əvvəlcə “Pajero” kömək elədiyi maşına çırpılıb ona da zərər vurur, özü də dərəyə düşür. “Prado” da eyni ilə. Buradan belə nəticəyə gəlmək olar ki, həm sürücünün təcrübəsi zəifdir, həm də avtomobilin təkərləri, onun idarəetmə mexanizmi düzgün tənzimlənməyib. Doğrudur, bu avtomobillər “offroader” modellərdir, yolsuzluq şəraitinə uyğunlaşdırılan növlərdir, lakin idarəetmə mexanizmində buraxılan səhvlər, avtomobilə hədsiz dərəcədə güvənmək səbəbilə belə hadisələr baş verir. Qış təkərləri bir çox ölkələrdə məcburi qaydadır, biz də isə sadəcə tövsiyyə edilir. Qarlı havalarda təkərlərə zəncirlər taxılması ilə bağlı tövsiyyələr olur”.

Elməddin Muradlının qış aylarında qəzaların artma səbəbləri ilə bağlı şərh etdiyi videonu sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh