Sükan araxasında diqqətli olmaq həyat qurtarır - VİDEO

Avtosfer TV 7 Aprel 2024 10:54 Oxunub 4558
Sükan araxasında diqqətli olmaq həyat qurtarır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülər müxtəlif vaxtlarda fərqli yol hadisələrinə şahid olurlar. Bu hadisələr də göstərir ki, sükan arxasında olarkən daim diqqətli olmaq vacibdir. Çünki, diqqət sayəsində bir çox qəza və hadisələrədən yayına bilər, ölüm təhlükəsindən uzaq olarıq.

İndi təqdim edəcəyimiz görüntülər də məhz yolda diqqətli olmağın nə qədər həyati əhəmiyyətə malik olduğunu göstərir.

Avtosfer.az xəbər verir ki, Çində baş verən qəza ilə bağlı görüntü avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb və sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, hərəkətdə olan avtomobilin qarşısına qəfildən yük maşınının çıxması və bu zaman sürücünün diqqəti sayəsində qəzaya düşməkdən son anda qurtulduğu görülür.

Videoda yük avtomobilinin dəmir arakəsmələrə çırpılaraq körpüdən düşdüyü də qeyd olunub.

Yerli KİV-in məlumatına görə, hadisə yük maşınının əyləcində yaranan nasazlıq səbəbindən baş verib. Nəticədə yük maşınının sürücüsü yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Göründüyü kimi, əgər bu hadisə zamanı da sürücünün diqqəti telefonda mesaj yazmağa və yaxud da danışmağa yayınsaydı faciənin baş verməsi qaçılmaz olardı.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh