Sükan arxasında olan sürücülər bol su içsələr nə baş verər? - Dietoloq AÇIQLADI - VİDEO

Avtosfer TV 19 Fevral 2024 22:01 Oxunub 5546
Sükan arxasında olan sürücülər bol su içsələr nə baş verər? - Dietoloq AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Su içərkən əsəblərimizi nəzarət altına ala bilirik və buna görə də mütləq bütün sürücülərə su içmələrini tövsiyə edirəm”.

Bunu Avtosfer.az-ın qonağı olan dietoloq Tutu Zeynalova deyib.

O, bildirib ki, sürücülər sükan arxasında çox aqressiv olurlar: “Bunun əsas səbəblərindən biri sürücülərin sükan arxasında su içməməsidir. Belə bir deyim var ki, “əsəbiləşmisənsə, get su iç”. Su içərkən əsəblərimizi nəzarət altına ala bilirik və buna görə də mütləq bütün sürücülərə su içmələrini tövsiyə edirəm. Daha bir məsələ sürücülərin xüsusilə də oyaq qalmaq üçün energetik içkilərə üstünlük verməsidir. Bu bəzən gündəlik normanı aşır. Yəni bir neçə banka energetik içki istifadə edirlər ki, bu da arzuolunan deyil. Həmçinin belə hal ani ölümlərə səbəb olur.

Bu gün statistik məlumatlar da göstərir ki, xüsusilə gənclər arasında ani ölüm səbəbləri məhz bu energetik içkilərin normadan artıq istifadə olunmasıdır”.

Qonağımız qeyd edib ki, qlisemik indeksi yüksək qidalardan istifadə etdikdən sonra da insanlarda yuxu yaranır: “Qlisemik indeks bir qidanın qan şəkərini yüksəltmə qabiliyyətidir və qan şəkərimiz sürətlə yüksəldikcə bir müddət sonra qan şəkəri sürətlə düşür. Bu yuxuluq hissi yaradır ki, sükan arxasında yatmaqlarının daha bir səbəbi budur. İkinci bir məsələ ondan ibarətdir ki, yuxusuzluq orqanizm üçün ən böyük stressdir və uzaq yol sürücüləri daha çox gecə vaxtı yolda olurlar və onları orqanizmə stress yaranır. Gün ərzində qan şəkərimiz dalğalanır deyə biz gün ərzində özümüzü daha yuxulu hiss edirik. Bundan əlavə daha çox yemək istəyirik. Daha çox yemək yediyimiz üçün kökəlirik, kökəldiyimiz üçün daha zərərli qidalar istifadə edirik. Belə bir burulğana düşürük, ondan çıxa bilmirik”.

Dietoloq belə halların qarşısını almağın yollarını da açıqlayaraq qeyd edib ki, mümkün qədər evdə yeməyi bol salatla, bol yaşıllı tərəvəzli salatla başlayıb, yeməyin ət hissəsini ikinci növbədə istifadə etmək lazımdır: “Bundan əlavə, yeməkdən öncə yaxşı olar ki, ev üsulu hazırlanmış alma sirkəsi istifadə etsinlər. Bir daha deyim ki, çalışın sükan arxasında diqqətli olasınız. Normal yatın. Çünki yuxu rejimimiz bizim həyatımıza çox təsirlidir. 3-2-1 prinsipinə riayət edin: yatmazdan üç saat əvvəl yeməyinizi dayandırın. İki saat əvvəl su içməyi dayandırın və bir saat əvvəl də mavi işığı dayandırın. Yəni, telefonları kənara qoyun ki, sağlam yuxu yatasınız. Bu, növbəti gün özünüzü daha gümrah, rahat hiss etməyinizə və sükan arxasında da öz əsəblərinizə, emosiyalarınıza daha yaxşı hakim olmağınıza səbəb olacaq”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh