Sükan arxasında telefondan istifadə nəyə səbəb ola bilər? - VİDEOŞƏRH

Avtosfer TV 2 Noyabr 2023 12:11 Oxunub 816
Sükan arxasında telefondan istifadə nəyə səbəb ola bilər? - VİDEOŞƏRH
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hüquqşünas Ərşad Hüseynov sükan arxasında olarkən telefondan istifadə etməyin nə qədər təhlükəli olmasını göstərən videoşərh yayımlayıb. 
Avtosfer.az xəbər verir ki, videoşərhdə hüquqşünas bildirir ki, qaydalar sürücünün telefonu əlində tutaraq avtomobil idarə etməsini qadağan edir. Bu qaydaların səbəbi ondan ibarətdir ki, sürücünün diqqəti həm fiziki, həm də, intelektual olaraq yayınır. “Fiziki yayınma ondan ibarətdir ki, sürücü telefon istifadə edərkən, mətnə, şəkilə baxa bilər. Bu da, sürücünün diqqətinin ən azı 4-5 saniyə ərzində yolda olmaması deməkdir. Belə halda avtomobil 60-80 metr irəliləyir. Nəticədə faciəvi qəzaların olması qaçılmaz olur.” 
Ərşad Hüseynovun qeyd edib ki, intelektual yayınma telefon vasitəsilə sürücünün aldığı informasiyanın beyinə göstərdiyi təsirdir. “Sürücü diqqəti belə hallarda alınan informasiyaya o qədər yönəlir ki, hərəkət zamanı beyni gördüklərini qavramır və ya qavrayır, lakin ona necə reaksiya verə biləcəyini bilmir. Nəticədə düzgün reaksiya vermir.”
Hüquqşünas sürücüləri diqqətli olmağa çağırıb: “Hər zaman çalışın düzgün hərəkət edin. Özünüzü və başqalarını qoruyun.”
Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh