Sükanı buraxaraq maşın sürənlər cərimə olunacaq - VİDEO

Hərəkət zamanı sükanı buraxmaq, əlləri tamamilə boş vəziyyətdə saxlamaqla bəzi sürücülər bunu özləri üçün “peşəkarlıq” hesab edir. Avtosfer.az bildirir ki, çox zaman isə mexaniki sürətlər qutusu olan, xüsusilə Rusiya istesalı olan avtomobillərin mühərrikini söndürməklə ətalət qüvvəsi hesabına idarə edən sürücülər də az deyil. Bununla guya yanacağa qənaət etmiş olduqlarını düşünürlər.
Lakin hər iki halda qanunvericiliyin tələbləri kobud şəkildə pozulur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qaydaları öz əksini tapıb. Məcəllənin 342.1.4-cü maddəsinə əsasən hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə görə sürücü qırx manat məbləğində cərimə edilir.
Ancaq burada cərimədən daha önəmli olan təhlükəsizlik məsələsidir. İstəmilən halda qarşıdakı avtomobildə hər hansı texniki nasazlıq baş verəcəyi təqdirdə bu hərəkətlərə yol verən sürücülər üçün qəza qaçılmaz olacaq. Odur ki, qeyd olunanlar “peşəkarlıq” deyil, naşılıq hesab oluna bilər.
Orxan
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











