Sumqayıtda sərxoş avtobus sürücüsü yol polisi tərəfindən peşəkarlıqla saxlanıldı - VİDEO
Bu gün axşam saatlarında Sumqayıt şəhərində 10 TG 816 dövlət nömrə nişanlı marşurut avtobusunun sürücüsü kəskin sərxoş vəziyyətdə olub və yolu azaraq Bakıdan Sumqayıt şəhərinə gəlib.
Sumqayıt şəhər Polis İdarəsindən Avtosfer.az-ın sorğusuna əsasən verilən məlumata görə, svetoforun qırmızı işığında keçdiyinə görə YPX əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Lakin sürücü tabesizlik göstərərək qaçmağa başlayıb. Bu zaman Sumqayıt şəhər DYPŞ-nın əməkdaşları hərəkətə keçərək yüksək peşəkarlıqla sürücünü saxlamağa nail olublar.
Sürücü bir neçə yerdə təhlükəli vəziyyət yaratsa da heç bir vətəndaşa və əmlaka ziyan vurmadan saxlanılıb. Belə ki, yolun ortasına xüsusi vasitə atılıb və təkərlər partladıldıqdan sonra avtobus dayanıb.
Sürücü yenə qaçmağa çalışsa da mütəxəssis yaxınlaşaraq arxadan avtobusun mühərrikini söndürə bilib.
Saxlanılan sürücü Quliyev Ceyhun Əkəmqulu oğlu barəsində araşdırma başlanıb. Onun haqqında toplanmış materiallar məhkəməyə təqdim olunacaq.
Orxan



















