Suqovuşana Azərbaycan bayrağını sancan əsgərimizi siz də tanıyın – VİDEO
Avtosfer TV 13 Noyabr 2020 12:40 Oxunub 1756
Suqovuşana Azərbaycan bayrağını sancan əsgərimizi siz də tanıyın – VİDEO

​​​​​Madagizin (Suqovuşan) azad edilməsindən sonra Suqovuşana Azərbaycan bayrağının sancılmasının tarixi anlarını əks etdirən video yayınlanmışdı. Avtosfer.az xəbər verir ki, Suqovuşanda Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyev olub. Onun erməninin bayraq adı ilə taxdığı əski parçasını ayağı ilə kənara atması çoxlarının yaddaşına həkk olunub.

Bizə fərəh hisləri yaşadan həmin əsgər İlkin Fərzəliyev ünvanına deyilən xoş sözlərə görə Azərbaycan xalqına təşəkkür edib.

Qeyd edək ki, İlkin nişanlıdır. Yolunu həsrətlə gözləyən xanım, bütün həyatını övladlarına qurban vermiş ana və ən əsası, qəhrəmanını gözləyən Azərbaycan xalqı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh