Sürət həddini aşmayan sürücüyə 110-luq yolda 90-lıq cərimə gəldi - VİDEO

Sürət həddini aşmayan sürücüyə cərimə protokolu göndərilib. Bu barədə izləyici Avtosfer.az-a müraciət edərək məlumat verib. O bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 244-cü kilometrliyində 77-KT-251 dövlət nömrə nişanlı “KIA Sorento” markalı avtomobillə hərəkətdə olarkən yol polisinin xidməti avtomobilinə quraşdırılan “İ-patrul” sistemi onu radara salıb. Görüntüdən də məlum olduğu kimi, sürücü sürətin 90 km/saat təyin olunduğu ərazini keçdikdən sonra sürəti artırıb. Lakin sürətin 110 km/saat quraşdırıldığı lövhədən sonra sürəti artırdığı halda sürücüyə həmin ərazidə sürətin 90 km/saat olduğuna dair elektron protokol tərtib olunub.
Qeyd edək ki, “İ-patrul” sistemi ilə təchiz edilmiş YPXi avtomobillərinin sürət həddini ölçərək cərimə protokolu tərtib etməsi ilə bağlı qanunda konkret müddəlar var. Belə ki, onlar yalnız üzərində radar yazılan 6.14 informasiya stendi olan, ya da sürətin məhdudlaşdırıldığı 3.24 nişanı quraşdırılan ərazidə işləyə bilərlər. Yaşayış məntəqələrindən kənardadırsa, bu nişandan 150-1000 metr məsafədə sürəti ölçə bilərlər.

Sürücülərin sürət həddini aşmadığı halda cərimələnməsinə səbəb isə radarın öncədən 90 km/saat sürətə tənzimlənməsidir. Nəticədə sürücü sürətin 110 km/saat müəyyən edildiyi əraziyə daxil olsa belə sürət 90 km/saat ayarlandığı üçün sistem avtomatik olaraq sürücünü radara salır. Buna görə də, YPX əməkdaşları ərazini dəyişərkən sürəti uyğunlaşdırmaq üçün sistemə “əl gəzdirməyi” unutmamalıdırlar.
Bu halla üzləşən sürücülər cərimə protokoluna xitam verilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə elektron qaydada müraciət edə bilərlər.
Nərmin
Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı – Beşinci dəfə içkili tutulan ... - VİDEO
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO













