Sürətlə körpüyə girən taksi havada uçdu; 4 maşın zərər gördü - VİDEO
Avtosfer TV
30 Avqust 2020 21:13
Oxunub 5334

Rusiyanın Sankt-Peterburq şəhərində 4 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 30-da səhər saatlarında "Qoroxovo və Kazansk" küçələrinin kəsişməsində qeyd alınıb.
Kadrlarda, taksi kimi fəaliyyət göstərən "Volkswagen Polo" markalı avtomobilin sürətlə körpüyə daxil olduğu və havada uçaraq svetoforun qırmızı işığında dayanmış "Renault Duster"ə çırpıldığı görülür.
Qəzada "Volkswagen" ilə "Renault"dan başqa daha iki maşın, "Skoda" və "Hyundai" da zərər görüb.
Yerli KİV-in məlumatın görə, hadisənin səbəbkarı sükan arxasında sərxoş olub və nəticədə o, ağır xəsarətlər alıb, "Renault"ın sahibi isə yüngül yaralanıb.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













