“Sürücü deyir ki, kondisionerli maşın üçün “komfort” sifarişi verin” – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Keçən ildən taksi sürücüləri arasında tendensiya başlayıb. Belə ki, bəzi taksi sürücüləri maşında kondisioner işlətməyə görə sərnişinlərdən əlavə ödəniş tələb edir. Bu hal bu il də təkrarlanmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, ötən ildən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu halların qarşısını almaq üçün taksi sürücülərinə xəbərdarlıq edib və sərnişinlərə belə halla rastlaşdıqları zaman dərhal onlara müraciət etmələrini bildirib. Bəzi sürücülərin artıq ödəniş istəməsinin başlıca səbəbi isə əlavə yanacaq işlətmələrini səbəb göstərmələridir.
Mövzu ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə pul tələb edilməsi ilə bağlı AYNA-nın “141” Çağrı Mərkəzinə və ya sosial şəbəkə hesabları üzərindən müraciət etməli və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat verməlidirlər. Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv edilir.

Yaranmış vəziyyətlə əlaqədar paytaxt sakinlərinin fikirlərini öyrəndik. Sorğu zamanı bəzi sakinlər bu hallarla rastlaşmadıqlarını, bəziləri isə belə halın baş verdiyini və sürücülərin “kondisionerli maşın istəyirsinizsə, ekonom yox, konfort seçimi ilə sifariş verin” deyə tələb irəli sürdüklərini bildiriblər.
Daha ətraflı videomaterialda:
Eltac Zülfüqaroğlu
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










