Sürücü “Prius”u zibil qutularının arxasında “gizlətdi” - VİDEO

Paytaxt küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə sıx rast gəlirik. Xüsusilə piyadalar üçün ayrılmış ərazilərdə - səkilərdə, keçidlərdə, parklarda avtomobillərini park edən sürücülər kifayət qədərdir. Bu qaydanı pozanlar isə adətən müxtəlif bəhanələr gətirirlər. Lakin sükan arxasında əyləşən hər bir şəxs bilməlidir ki, istənilən halda bu, qəbuledilməzdir.
Hətta bəzi sürücülər zibil qutuları üçün ayrılmış ərazilərdə avtomobillərini park edir. Bu isə həm sakinlərə, həm də təmizlik işçilərinə maneə törədirlər.
İşıqlandırdığımız məsələylə bağlı şikayətçinin videosu sosial şəbəkədə yayılıb. Görüntüdən aydın olduğu kimi, 77-XB-371 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozub. Belə ki, o, maşını zibil konteynerlərinin arxa hissəsində parklayıb. Nəticədə zibil daşıyan maşın üçün nəzərdə tutulmuş yeri zəbt edib və təmizlik işçilərinə işinə əngəl törədib.
Xatırladaq ki, bu xəta İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cəriməylə nəticələnir.
Nərmin
Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO
Qadın sürücü “Nissan”ı səkiyə çıxarıb skuteri vurdu - VİDEO
Mərdəkanda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı, ardınca… - VİDEO
Sərxoş usta müştərinin avtomobilini qaçırdı - Polis qovanda 7 maşını əzdi - VİDEO
Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO
Bakıda maşın yola qaçan qadını vurdu - Günah kimdədir? - REAL VİDEO
Yolda dava edən sürücülər bu görüntülərə mütləq baxsın – VİDEO
Sağ zolaq boş ola-ola solda "dirəşən" sürücülərin görüntüləri yayıldı - NİİM-dən VİDEO
Xanım taksi sürücsü “Bolt”un müsabiqəsində qalib gəldi; 7 min manat udub öz işini qurdu - VİDEO
Rusiyada yol polisi xidməti maşınla piyadaları vurdu – Qadın və uşaq... - VİDEO
Binədə sürücüdən təhlükəli hərəkət – Məktəbliləri yolun ortasında düşürdü - VİDEO










