Sürücü cəriməni ödədi, amma protokol sistemdən silinmir - ŞİKAYƏT - FOTO
Avtosfer TV
22 Oktyabr 2021 11:50
Oxunub 2442

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən məsuliyyətə cəlb edilən sürücü cəriməni ödəsə də qərar sistemdən silinməyib. Avtosfer.az-a şikayət ünvanlayan sürücü bildirir ki, avqustun 18-də idarə etdiyi avtomobillə dayanma-durma qaydasını pozduğu üçün BNA1667093 nömrəli qərarla məsuliyyətə cəlb olunub: “Qaydaları pozduğum üçün BNA tərəfindən telefonuma sms məlumat gəldi. Yazılan protokolla razılaşdığım üçün plastik kartla dərhal ödəniş etdim. Lakin bu vaxta qədər cərimə sistemdən silinməyib. Hətta cərimənin üzərinə faiz gələrək 22 manat 80 qəpik olub”.
Problemlə üzləşən sürücü Bakı Nəqliyyat Agentliyininin əməkdaşları ilə telefon əlaqəsi yaratsa da, şikayəti təmin edilməyib.
Təbriz

.jpg)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














