Sürücü yol boyu motosikleti sıxışdırdı, ardınca maşından düşüb əl-qol atdı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, 90-RS-554 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını öndə hərəkətdə olan motosikletə qəza şəraiti yaradıb. Belə ki, o, öncə avtomobilin işığını yandırıb-söndürüb, ardınca siqnal verərək motosikleti sıxışdırıb. Bu vaxt orta zolaqda hərəkətdə olan motosikletçi əsəbiləşib və ona yüksək səslə “Nə var? Nə olub?” deyərək iradını bildirib. “Ford” sürücüsü isə “Sənin zolağın deyil. Sağla getməlisən”, - deyə ona cavab verib. Qəzəblənən motosiklet sürücüsü “Mənim əsəblərimi niyə korlayırsan? Öz zolağımla gedirəm.” deyib.
Daha sonra onlar nəqliyyat vasitələrini yolun kənarında saxlayaraq mübahisə etməyə başlayıblar. Yük maşınının sürücüsü “Niyə mənim üstümə qışqırırsan?”, - deyə motosikletçiyə əl-qol atıb və onlar münaqişə etməyə davam ediblər.
Nərmin
Avtobus "zebra"da qadını vurub sürüklədi; 26 yaşlı piyada öldü - VİDEO
Parklanma zamanı bu nişanlara diqqət etməyənlər cərimələnə bilər - VİDEO
Qayda pozan sürücünün avtomobili yandı; polis belə xilas etdi - VİDEO
Gecə saatlarında insanları yatmağa qoymayan motosiklet sürücüsü - VİDEO
Əlinə balta alan qadın maşınları əzib yoxa çıxdı – Heç kim yaxınlaşmadı - VİDEO
Biləsuvarda “VAZ” “Ford” toqquşub yandı - Ölən var - FOTO - VİDEO
Bakıda saxta ehtiyat hissələri və paralel idxalın ölkəyə vurduğu zərərlər müzakirə edildi - VİDEO
Naməlum şəxs balta ilə "Nissan"ı yararsız hala saldı - VİDEO
Dəmir borular taksinin üzərinə aşdı – VİDEO
Gənc sürücüdən ağlasığmaz hərəkət – Polis forması geyinib... - VİDEO
Füzuli küçəsində taksilər dayanacağı davamlı zəbt edir - VİDEO










