Narkoman sürücüdən AĞLASIĞMAZ HƏRƏKƏT: lüt soyunub şəhərin mərkəzində OYUN ÇIXARDI - VİDEO

Avtosfer TV 9 Aprel 2023 18:40 Oxunub 60510
Narkoman sürücüdən AĞLASIĞMAZ HƏRƏKƏT: lüt soyunub şəhərin mərkəzində OYUN ÇIXARDI   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücünün törətdiyi kobud qayda pozuntusunun görüntüsü sosial şəbəkədə yayılıb.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, 99-ED-717 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü əks yola çıxaraq maşını geriyə hərəkət etdirməyə başlayıb.

O, yolun sonuna qədər avtomobili bu formada idarə edərək hərəkət iştirakçılarına təhlükə yaradıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisədən əvvəl sürücü "Marriott" otelin qarşısında avtomobili saxlayaraq lüt soyunub və paltarlarını orada qoyaraq sükan arxasına keçib. Sonra idarə etdiyi avtomobillə Yusif Səfərov və bir neçə küçədə geriyə hərəkət etməklə kobud qayda pozuntusuna yol verib. Yol Polisi əməkdaşları tərəfindən saxlanılan sürücünün narkotik vasitənin təsiri altında olması şübhəsi yaranıb. Tibbi müayinəyə aparıldıqdan sonra onun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Hazırda sürücü polis bölməsindədir. Toplanılmış materiallar məhkəməyə göndəriləcək.

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh