Banner

Sürücülər ağacın arxasında qalan svetoforu görə bilmir - VİDEO

Avtosfer TV 22 Oktyabr 2025 20:06 Oxunub 3860
Sürücülər ağacın arxasında qalan svetoforu görə bilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda görünməyən svetofor sürücülər üçün təhlükəyə çevrilib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Şəfaət Mehdiyev küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsindən gedir. Belə ki, ağacların arxasında qalan svetofor sürücülər üçün görünməz vəziyyətə gəlib çıxıb. Həmin istiqamətdə hərəkət edən sürücülər yalnız ağacları keçdikdən sonra svetoforun işıqlarını görə bilirlər. Hətta günün işıqlı saatlarında yolun sol tərəfində quraşdırılmış svetofor obyektinin təkrarının işıqları görünmədiyi üçün vəziyyət daha da çətinləşir.

Gözlənilməz qəzaların baş verməməsi üçün ağacların budanması vacib hesab olunur.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh